Ağacan Abiyev seçiciləri ilə görüşdü VİDEO

“Biz daim seçicilərlə əlaqə qurmalı, gücümüzü əsirgəməməliyik”
Ağacan Abiyev seçiciləri ilə görüşdü VİDEO

Oktyabrın 12-də Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə 32 saylı Suraxanı III Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Ağacan Abiyevin seçicilərlə görüşü keçirilib. SİA-nın xəbərinə görə, seçicilərlə görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qəragahı Suraxanı rayon şöbəsinin sədri Vüqar Seyidov, Suraxanı Maşınqayırma Zavodu" TASC İdarə Heyətinin sədri Arif Babayev, millət vəkilliyinə namizəd Ağacan Abiyevin səlahiyyətli nümayəndəsi Yusif Babanlı, rayon ağsaqqalları, rayon ictiamiyyətinin nümayəndələri iştirak ediblər.

Millət vəkilliyinə namizəd Ağacan Abiyev görüşdə Azərbaycanın daxili və xarici uğurlarından, beynəlxalq münasibətlər sistemində artan rolundan geniş bəhs edib.

A. Abiyev qeyd edib ki, bu gün nəinki ölkənin, eləcə də Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası daim dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edib, nəhəng xalq kütləsinin sevgisini qazanıb. Belə bir partiyanın namizədi olmaqdan qürur hissi keçirdiyini qeyd edən Ağacan Abiyev bildirib ki, bütün bu kimi əhəmiyyətli amilin arxasında təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan məqsədyönlü, qətiyyətli siyasət və bu siyasətin ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsi dayanır: "Məhz bu kimi önəmli nəzəriyyələri təhlil edərkən belə qənaətə gəlmək olar ki, Azərbaycanın davamlı uğurları, Yeni Azərbaycan Partiyasının nüfuzu, siyasi çəkisi növbəti parlament seçkilərində də qələbəni şəksiz edir". Ağacan Abiyev həmçinin ölkədə yürüdülən idman siyasətindən də danışıb. Onun sözlərinə görə, ölkəmiz artıq dünyanın idman arenasında lider dövlətlərdən biridir: "Bu il Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi, bu hadisənin dünyanın tarixinə Azərbaycan adı ilə yazılması hər birimizin uğuru, hər birimizin qələbəsidir. Söz yox ki, xalqımızı qarşıda daha böyük və növbəti uğurlar gözləyir. Ölkəmiz İslam ölkələrinin idman Oyunlalrına hazırlaşır və bu da Azərbaycanın dünya birliyindəki növbəti qələbəsidir". Deputatlığa namizəd bildirib ki, o bir millət vəkili kimi Azərbaycanda yürüdülən gənclər siyasətini dstəkləyir. Belə ki, sağlam gəncliyin yetişməsi, sağlam gələcək deməkdir: "Bu baxımdan, hesab edirəm ki, artıq sayları minlərlə olan gənəclərimiz idman sahəsinə davamlı olaraq qatılırlar. Onların hər biri Azərbaycanımızın bayrağını dünyanın müxtəlif bölgələrində yüksəklərə qaldıracaqlar. Artıq biz bu siyasətin bəhrələrini də görməkdəyik." O, qeyd edib ki, əgər seçiciləri ona növbəti dəfə etimad göstərərsə, gənc və yeniyetmələrin sağlam həyat tərzlərini inkişaf etdirmək üçün növbəti layihələrlə çıxış edəcək. Eyni zamanda, məhəllələrdə, binalar qarşısında hər kəsin istifadə edə biləcəyi idman qurğularının yerləşdirilməsi və s. bu kimi tədbirlərin gerçəkləşməsi istiqamətində işlərini davam etdirəcək. Millət vəkilliyinə namizəd həmçinin, seçiciləri maraqlandıran suallara da cavab verib. Seçki Dairəsi ərazisində görülən işlərlə yanaşı, növbəti görüləcək işlər barədə də fikirlər səsləndirən Ağacan Abiyev bildirib ki, milət vəkilinin əsas işlərindən biri və ən əhəmiyyətlisi həmçinin, seçicilərin sosial-məişət və s. problemlərinin həll edilməsi ilə bağlı olmalıdır: "Ötən dövr ərzində biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirmişik. Lakin bununla kifayətlənməməli, seçicilərimizin hər bir irad və təkliflərini diqqətlə dinləməli, tələb edilən məsələləri həll etməliyik. Millət vəkili olmaq, millətin vəkili olmaqdır. Bu baxımdan, biz daim seçicilərlə əlaqə qurmalı, gücümüzü əsirgəməməliyik".

Seçicilər də öz nəvbələrində çıxış edərək, növbəti parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinə-Ağacan Abiyevə dəstək verəcəklərini bildiriblər. Görüş səmimi diskusiya əhatəsində başa çatıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə