Bu gün (12 otyabr 2015) YAP Masallı rayon təşkilatı aparatının binasında 1 noyabr Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 70 saylı Masallı şəhər seçki dairəsindən YAP-ın namizədi olan Nəriman Əliyevlə YAP-ın gənc fəallarının görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq qarşıdan Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbəti parlament seçkiləri kimi çox vacib bir günün gəldiyini vurğuladı.
Qeyd olunan bu seçki ilə bağlı YAP Masallı rayon təşkilatında Seçki Qərargahının yaradıldığını, seçkiyə qədər olan mərhələnin çox uğurlu bir şəkildə həyata keçirildiyini vurğuladı. Artıq, seçkinin əsas mərhələsi sayılan təbliğat-təşviqat mərhələsinə start verildiyini qeyd etdi. Artıq təbliğat-təşviqat mərhələsinin aktiv fazasına start verildiyini qeyd edən S. Əliyev bundan sonra yerlərdə seçicilərlə görüşlər nəzərdə tutulur və hazırlanmış qrafikə əsasən bu görüşlər həyata keçiriləcəyini vurğuladı. YAP-ın builki seçkilərdə şüarının "Yeni hədəflərə doğru" olduğunu qeyd edən partiya sədri məhz Azərbaycan gəncliyinin yaxından iştirakı ilə bu hədəflərə çatacağına inandığını vurğuladı.
Çıxış edən YAP-ın gənc fəalı Nemət Abdullayev öz çıxışında Azərbaycan dövlətinin gənclərə göstərmiş olduğu yüksək qayğıdan söz açdı. Daha sonra çıxış edən Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Ümumilli Lider Heydər Əliyevin əsasının qoyduğu siyasi ənənələrin bu gün də YAP iqtidarı tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Çıxış edən YAP-ın gənc fəalı Əli Məmmədli hər zaman olduğu kimi bu seçkidə də YAP-ın zəfər çalacağına inandığını və bütün gənclərin YAP-ın namizədlərinə səs verəcəklərini qeyd etdi.
Daha sonra çıxış edən gənc YAP üzvləri Elşad Hüseynli, Vafiq Xəlilov, Aytən Abışova, Aysel Quliyeva gəncliyə göstərmiş olduğu böyük diqqət və qayğıdan dolayı Azərbaycan dövlətinə və xüsusilə cənab İlham Əliyevə öz sonsuz minnətdarlıqlarını bildirdilər.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər seçki dairəsindən namizədi Nəriman Əliyev Azərbaycan dövlətinin müasir Azərbaycan gəncliyinə çox böyək önəm verdiyini vurğuladı. Belə ki, dövlətin idarəçiliyində, siyasətdə getdikcə gənclərə daha çox yer verilməsi bunun bariz nümunəsidir. Dövlətin gəncliyin inkişafı üçün həyata keçirmiş olduğu müxtəlif sosial layihələrə Azərbaycanda gəncliyin inkişafına böyük stimul yaradır. YAP iqtidarının diqqət mərkəzində olan Azərbaycan gəncliyinə dövlət tərəfindən hər zaman qayğı, diqqət göstəriləcəkdir və bu birbaşa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nəzarətindədir. YAP-ın uğurlarının bütün Azərbaycanın uğurları olduğunu və bütün bu uğurların başında Cənab Prezident İlham Əliyevin böyük zəhmətinin olduğunu qeyd edən Nəriman Əliyev gəncləri qarşıdan gələn seçkilərdə fəal olmağa, rəhbəri Azərbaycan Respulikasının prezidenti cənab İlham Əliyev olan YAP-ın namizədlərinə səs verməyə çağırdı.
Sonda gənclərin istək və təklifləri dinlənildi onların sualları cavablandırıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB