Prezident seçkilərində səsvermə başlayıb

Prezident seçkilərində səsvermə başlayıb

Belarusda prezident seçkilərində səsvermə başlayıb. SİA-nın məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 08.00-da açılıb, səsvermə saat 20.00-dək davam edəcək. Respublika ərazisində 6100 seçki məntəqəsi fəaliyyət göstərir.

Respublikadan kənarda yaşayan Belarus vətəndaşları üçün isə 49 seçki məntəqəsi yaradılıb. Hazırkı dövlət başçısı Aleksandr Lukaşenko ilə yanaşı, Liberal-Demokrat Partiyasının lideri Sergey Qaydukeviç, "Qovori pravdu" ("Həqiqəti danış") kampaniyasının fəalı Tatyana Korotkeviç və Belarus Vətənpərvər Partiyasının sədri Nikolay Ulaxoviç prezident postu uğrunda mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə