Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankaradakı terror aktı ilə əlaqədar oktyabrın 12-də Türkmənistana planlaşdırılmış səfərini təxirə salıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə "Vatan" nəşri prezident administrasiyasındakı mənbəyə istinadən xəbər yayıb.
Xatırladaq ki, oktyabrın 12-də Aşqabadda Türkiyə, Azərbaycan və Türkmənistan prezidentləri arasında üçtərəfli görüşün keçiriləcəyi planlaşdırılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB