Politoloq: "Münasibətlərin korlanmasına imkan verməyəcək" AÇIQLAMA
"Rusiya ordusunun Suriya ərazisində hərbi əməliyyatlara başladığı gündən Türkiyə tərəfi ciddi narahatçılıqlar keçirdiyini gizlətmir. Başından bəlli idi ki, Putin hakimiyyəti Suriyaya qoşun yeritməkdə məqsədl özünün istehsal etdiyi və maliyyələşdirdiyi "İŞİD" qruplaşmasını məhv etmək deyil. "İŞİD" hərbi birləşmələrinin silahlarının Rusiya istehsalı və ünsiyyət dilinin rus dili olması danılmaz faktdır". Bunu SİA-ya politloq Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, hər kəsə bəllidir ki, hətta Azərbaycandan "İŞİD" terror qruplaşmasına qoşulanlar ilkin hazırlıqlarını Rusiya ərazisinin əsasən Şimali Qafqaz bölgəsində keçiriblər: "Ona görə də Rusiyanın Suriyada keçirdiyi əməliyyatlar zamanı "İŞİD" deyil, Əsəd müxalifətini vuracağı şübhəsiz idi. Son hərbi əməliyyatlar bunu sübut etmiş oldu. Türkiyə respublikasının sərhədləri yaxınlığında Rusiyanın belə aktivliyi təbii ki, narahatçılıq doğurmaya bilməzdi. Əslində Rusiyanın əsas məqsədi həmişə olduğu kimi diktatura rejimlərini dəstəkləməkdir. Bu isə onun hakimiyyətinin imkan dairəsini genişləndiməyə imkan verə bilər. Güman edirəm ki, Putinin əsas niyyəti Suriyanın Latakiya bölgəsində hərbi baza yaratmaqdır".
V.Əfəndiyev əlavə edib ki, Azərbaycanın Qəbələ RLS – dən çıxarılan Rusiya Suriyada yerləşməklə həmçinin bu itkini kompensasiya edə bilər: "1985-ci ildən Şərqi Avropa ölkələri, müttəfiq respublikalar, Yaxın Şərq və Əfqanıstandan qovulub çıxarılan Rusiya bu mövqelərini bərpa etmək niyyətinə düşsə də bu cəhdi boşa çıxacağı şübhəsizdir. Çünki, dünyaya bəlalar gətirən imperiyanın çökdürülməsi planı işə düşüb və bu prosesin geriyə yolu yoxdur. Bütün baş verən proseslərin fonunda Türkiyə Rusiya münasibətlərində radikal dəyişiklik olacağını da güman etmirəm. Ola blsin ki, Türkiyə təzyiq vasitəsi olaraq Rusiya qazının alınmasından imtina etsin. Amma ümumilikdə böyük xammal ehtiyatı olan Rusiyadan bəhrələnmək istəyi münasibətlərin tamam korlanmasına imkan verməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB