18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunacaq. Bu gün münasibəti ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi Ulu Öndərin həyat və fəaliyyəti haqqında, eyni zamanda, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və bütövlükdə Azərbaycanımız haqqında həqiqətlərin Rusiya cəmiyyətinə dolğun və düzgün çatdırılması məqsədi ilə 16-18 oktyabr 2015 ci il tarixləri arasında Rusiyanın paytaxtı Moskvada "Müasir Azərbaycanın memarı və qurucusu - Heydər Əliyev" sərgisini və eyniadlı yazı müsabiqəsini reallaşdıracaq. Bu barədə SİA-ya ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili məlumat verib. Onun sözlərinə görə layihənin əsas məqsədi Rusiyad yaşayan azərbaycanlı gənclər arasında Ulu Öndər Heydər Əliyev irsini təbliğ etmək, eynə zamanda 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü haqqında maarifləndirməkdir: "Biz bu layihəni hər il edirik. Bu tip layihələr Ulu Öndərin həyat və fəaliyyəti haqqında, eyni zamanda, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və bütövlükdə Azərbaycanımız haqqında həqiqətlərin Rusiya cəmiyyətinə dolğun və düzgün çatdırılması baxımından çox böyük əhəmiyyətə malikdir. Sərginin əsasən, 3 tematika üzrə reallaşdırılması nəzərdə tutulur: Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Müstəqillik Günü, Müasir və inkişaf edən Azərbaycan".
Sərginin bütövlükdə, Rusiya cəmiyyətinin marağına uyğun formatda təşkil olunması nəzərdə tutulduğunu deyən T.Allahverdili qaliblərin diplomla və qiymətli hədiyyələrlə mükafatlandırılacağını qeyd edib.
Qeyd edək ki, layihənin təşkilatçısı ASGA Rusiya nümayəndəliyi, tərəfdaşı isə Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəliş Fondudur. Layihəyə müvafiq olaraq müsabiqədə iştirak etmək istəyənlər öz yazılarını [email protected] elektron poçt ünvanna göndərə bilərlər .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB