Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı qalmaqal yaratmağa cəhd göstərib. SİA-nın məlumatına görə, G. Aslanlı onunla bir yerdə gələn adamın iclasa buraxılmamısını bəhanə gətirib.
MSK sədri Məzahir Pənahov onun iradlarını əsassız sayıb və deyib ki, hər kəs qaydalara əməl edərək iclas zalına daxil olmalıdır: "Yəqin ki, həmin şəxsin sənədləri düzgün gəlmədiyi üçün iclas zalına buraxılmayıb. Əgər onun sənədləri düzgün olsa idi, o da sizin kimi zala buraxıla bilərdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB