"Rusiyanın İŞİD-ə zərbə endirmək marağının arxasında bir sıra maraqlar və məsələlər dayanır". Bu fikirləri SİA-ya politoloq Qabil Hüseynli Rusiya hərbi güclərinin və rəsmi şəxslərinin "İslam Dövləti" terror təşkilatlnın vurulması istiqamətində İraq ərazisindən də istifadə edilə biləcəyi barədə verdikləri bəyanatlara münasibətini bildirərkən deyib.
Politoloq bildirib ki, ilk növbədə İraqda şiə hökuməti mövcuddur və onlar da dini bağlarla İrana tabedirlər. Bu baxımdan, İraq rəsmilərinin də bu məsələyə isti münasibət bəsləməsi təəccüblü deyil: "Faktiki olaraq, hazırda İraqı İran idarə edir. Rusiyanın İranı İraqa dəvət etməsi mümkündür. Bir tərəfdən də kürdlər Rusiyanın şərəfinə müxtəlif fikirlər söyləməklə, bir növ dəstək kampaniyası aparmaqdadırlar. Bir sözlə, baş verənlərdən həm də belə nəticəyə gəlmək olar ki, həmin tərəflər Rusiyanı bölgəyə gətirib rus silahına arxayın olmaq istəyirlər. Baxın, Rusiya artıq Xəzərdən Suriyanı, İraqı topa tutur. Bölgə çox təhlükəli həddə çatıb."
Qabil Hüseynli həmçinin bildirib ki, Rusiya daha öncələr yalnız təyyarələr yerləşdirdiyini deyirdilər ki, buna misal kimi İŞİD-i bombalayacağını göstərirdi: "Amma sonra xüsusi təyinatlı qüvvələr çıxarıldı, ardınca da Xəzərdən raketlər atıldı. Bununla da böyük fəaləkət ola bilər. Belə riskli, texnikası, elmi inkişaf etmiş bir ölkənin əzələ nümayiş etdirərək bir neçə ölkənin üzərindən raket göndərməsi tamamilə mövcud konvensiyalara ziddir. Fikrimcə bu məsələ BMT-nin Təhlükəsizlik Şurasında ciddi şəkildə müzakirəyə çıxarılmalıdır."
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB