Bu gün Bakı Metropoliteninin "Sahil" stansiyasında qatarların hərəkəti müəmmalı şəkildə bir anlıq dayanıb. SİA-nın məlumatına görə, nəticədə xeyli sayda insan stansiyada gözləyib ki, bu da sıxlığa səbəb olub. Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq.
Qurum rəsmisi SİA-ya verdiyi açıqlmada bildirdi ki, sıxlığa səbəb "İçəri şəhər"dən, "Həzi Aslanov" istiqamətində hərəkət edən 11 saylı marşurut qatarında yaranan nasazlıq olub. Hal-hazırda tuneldə qalan qatar köməkçi qatar vasitəsilə çıxarılacaq. Həmin qatar oradan çıxarıldıqdan sonra hərəkət bərpa olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB