Ehtiram Mehdiyev: “Əli Kərimli AXCP-ni şəxsi biznesi kimi idarə edir" MÜNASİBƏT

Ehtiram Mehdiyev: “Əli Kərimli AXCP-ni şəxsi biznesi kimi idarə edir" MÜNASİBƏT

"Əli Kərimlinin müşaviri Məmməd İbrahim öz diktator liderinin gözündə yüksəlmək üçün əlindən gələni əsirgəməyib. Bu adamlar sadəcə Əli Kərimlinin əmr qulları, savadsızdırlar. Onların etdiyi hərəkətlər ağıllı, düşüncəli insana xas olan əlamət deyil". Bu fikirləri SİA-ya eks-cəbhəçi Ehtiram Mehdiyev Əli Kərimlinin müşavirinin həbsinə münasibət bildirərkən deyib.

Ehtiram Mehdiyev qeyd edib ki, Əli Kərimli partiyasında ancaq demaqoqluğu, tərbiyəsizliyi təbliğ etməklə məşğuldur: "Son zamanlar sosial şəbəkələrdə saxta profilləri ilə üzvlərimizə qarşı olduqca pis təhqirlər yağdırıb, hədələyirlər. Sonda isə Məmməd İbrahim kimi cinayət edirlər. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Əli Kərimli əslində, apardığı yarıtmaz, müəyyən mənada iyrənc siyasəti nəticəsində bir partiya sədri üçün kritik hesab olunan duruma düşüb. Onlar siyasəti sanki bir döyüş meydanına çeviriblər. Cəbhəçilər hələ də anlamırlar ki, Əli Kərimli AXCP-ni öz şəxsi biznesi kimi idarə edir. Ona görə də partiyada sədrliyə alternativ olan üzvləri zamanında partiyadan çıxarmaqla öz yerini möhkəmlətməyə çalışır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə