"Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi ATƏT-in Minsk qrupuna həvalə edilib və bu qrupda təmsil edilən həmsədrlərdən biri də Rusiyanın nümayəndəsidir. Ancaq təəssüf ki, hətta Madrid prinsiplərinin də qəbul edilməsinə baxmayaraq bu gün ərazi bütövlüyündən çox, sülh bəyanatları verilir. Təbii ki, bu da bizi razı sala bilməz". Bunu SİA-ya siyasi şərhçi Arzu Nağıyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün Rusiyaya təzyiq göstərilməlidir fikirlərinə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, bir müddət əvvəl ABŞ münaqişənin həlli ilə bağlı təşəbbüsü ələ almağa çalışsa da dolayı yollarla Rusiya buna imkan vermədi və Ermənistan atəşkəsi intensiv surətdə pozmağa başladı və hər iki tərəf itkilər verdi: "Ermənistanın bu addımları təbii ki, Rusiyaya arxayınçılıqla baş verirdi. Məlumdur ki, Ermənistan bu gün Rusiyanın tərəfdaşı kimi çıxış edir və buna görə də beynəlxalq təşkilatların belə qərarlarına məhəl qoymur. Məhz buna görə də onlara güc nümayiş etdirməklə danışıqlar masasına əyləşdirmək vacibdir. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya açar fiqurlardan biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB