Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürən "Azər-Türk Qadınlar" Birliyinin sədri Tənzilə Rüstəmxanlının müraciətinə baxılıb. SİA-nın məlumatına görə, MSK üzvü Qabil Orucov deyib ki, T.Rüstəmxanlının şikayəti araşdırılıb. Məlum olub ki, T.Rüstəmanlı DSK-ya 550 imza təqdim edib, onlardan 180-ni etibarsız olub, yəni, həmin imzalar aldadılma nəticəsində toplanılıb. Bununla da MSK DSK-nın qərarını qüvvədə saxlayıb, Tənzilə Rüstəmxanlının namizədliyi qeydə alınmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB