Akif Nağı: “Ermənistan beynəlxalq rəyə təsir göstərməyə çalışır" AÇIQLAMA
"Ermənistan prezidenti Serj Sarkisyan nəinki Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu, hətta müxtəlif üsullardan istifadə etməklə çalışır ki, müəyyən ictimai rəyi öz xeyrinə dəyişdirsin". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
QAT sədrinin sözlərinə görə, Sarkisyan Dağlıq Qarabağın Ermənistan ərazisi olması kimi ifadələri işlətməklə beynəlxalq ictimai rəyə təsir göstərməyə çalışır: "Bu, ilk belə hal deyil. Məsələn, o bir müddət bundan əvvəl erməni gəncləri ilə görüşündə "Qarabağ biz azad etdik, siz isə Ağrı dağının azad edin" kimi sərsəm fikir səsləndirmişdi. Burada yalnız onların öz məqsədləri var. Onlar beynəlxalq rəyi özlərinə ram etməyə, öz mövqelərini gücləndirməyə çalışırlar. Hesab edirəm ki, bu kimi məsələlər rəsmi Bakının, eləcə də beynəlxalq təşkilatların diqqətini cəlb etməlidir. Düşünürəm ki, bu işlər dövlət səviyyəsində aparılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB