Politoloq: “Rusiya problemin həll olunmamasında maraqlıdır" AÇIQLAMA
"Hesab etmirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunması, Qərbin Rusiyaya daha çox təzyiqlərindən asılı olsun". Bunu SİA-ya politoloq Elşən Musayev deyib.
Politoloqun sözlərinə görə, bu gün Azərbaycanın ordusu, hərbi potensialı o qədər güclüdür ki, artıq bu kimi söz-söhbətlərə bir qədər ara vermək lazımdır: "Təbii ki, Dağlıq Qarabağın işğal olunmasında kənar qüvvələrin böyük rolu olub. Bu günün özündə də münaqişəyə fərqli yanaşmalar var. Məsələn, Qərbin problemin tez həllində maraqlıdır. Amma onu necə həll olub-olmaması onun üçün önəmli deyil. Rusiyanın isə marağında problemin həll olunmamasıdır. Ümumiyyətlə bu, beynəlxalq qüvvələrin, xarici dövlətlərin hər zaman inkişaf etmiş amma özlərinin daha kiçik olan dövlətlər üçün bir yanaşması var. Məsələn, Türkiyə üçün kürd, Azərbaycan üçün Dağlıq Qarabağ, Gürcüstan üçün isə Osetiya problemini yaradıblar".
E.Musayev əlavə edib ki, bu kimi problemlər beynəlxalq qüvvələrə, xarici dövlətlərə bəlli məqamda stimulyasiya (təzyiq) edə bilmələri üçün lazımdır: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi elə bir məsələdir ki, onunla bağlı təzyiq ölkələrin marağına görə dəyişir. Qərbin marağı düşəndə Qərb, Rusiyanın marağı düşəndə isə Rusiya tərəfindən təzyiq olur. Lakin o demək deyil ki, bu gün mütləq bir şəkildə Qərb Rusiyaya təzyiq etməlidir. Əsla bu belə deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB