Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Azərbaycan Mətbuat Şurasının (MŞ) birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, MSK sədri Məzahir Pənahov, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, KİV nümayəndələri iştirak edirlər.
Tədbirdə çıxış edən MSK sədri Məzahir Pənahov qeyd edib ki, ölkə rəhbərliyinin şəffaf seçkilərin keçirilməsi ilə bağlı ortaya qoyduğu iradə təqdirəlayiqdir: "Seçkilərin şəffaf keçirilməsində kütləvi informasiya vasitələrinin rolu böyükdür. Çalışırıq ki, seçkilərlə bağlı kimin fikri varsa, ortaya qoysun. Bütün məsələlər aydınlaşdırılsın. Mətbuatın bu işdə rolunu xüsusi vurğulamaq lazımdır".
MSK sədri qeyd edib ki, təşviqat kampaniyasından öncə deputatlığa namizədlərin təbliğat kampaniyası aparması yolverilməzdir: "Biz bu məsələləri diqqətdə saxlayırıq. Ölkədə keçirilən seçkilərə həssas, ciddi yanaşırıq. Əlimizdən gələni etməliyik ki, seçki prosesinə heç kim kölgə sala bilməsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB