"Azərbaycan ərazisi üçüncü dövlət əleyhinə meydan deyildir". Bu sözləri SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib. O, Rusiyanın hərbi qırıcı qüvvələrini Xəzər dənizi vasitəsilə Suriyaya daşımasının Azərbaycana olan təsiri ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya müstəqil və qonşu dövlətlərdir və ölkələrimiz arasında münasibətlər imzalanmış bərabərhüquqlu sənədlərlə tənzimlənir: "Azərbaycan dövlətinin hava məkanını Suriyaya gedən Rusiya qırıcı təyyarələri üçün açmasında ölkəmiz üçün təhlükə görmürəm. Azərbaycan ərazisi üçüncü dövlət əleyhinə meydan deyildir".
O qeyd edib ki, bunun qonşu dövlətlərə qarşı da bir təsiri yoxdur: "Burada qonşu dövlətlərə qarşı yönəlmiş heç nə yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB