Politoloq: “AXCP-nin keçirdiyi qurultay şou idi” MÜNASİBƏT

Politoloq: “AXCP-nin keçirdiyi qurultay şou idi” MÜNASİBƏT

"Azərbaycan Xalq Cəbhəsi Partiyası qurultay keçirib və Əli Kərimli sədr seçilib. Bu prosesin tamamilə qeyri-qanuni və partiyanın nizamnaməsinə uyğun keçirilmədiyinin şahidi olduq". Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli söyləyib.

Politoloq bildirib ki, vaxtilə bu təşkilatın fiqurları olan insanların əksəriyyəti partiyadan gediblər: "Faktiki olaraq AXCP adına rayon təşkilatları yoxdur və qurultayda da nümayəndələr rayon təşkilatlarından seçilməlidir. Bu cür təşkilatlar olmadığı üçün də qurultayda Əli Kərimlinin yaxın ətrafından, xüsusilə də qohum-əqrəbasından ibarət insanlar iştirak edirdilər. Onlar həmçinin "Partiyalar haqqında" qanunun da prinsiplərini kobud şəkildə pozublar. Əli Kərimlinin bütün fəaliyyəti və apardığı mübarizənin əsas səbəbi AXCP adı uğrunda olub. Bu gün də o, ideoloji prinsipdən çoxdan üz döndərib. O, ilk Azərbaycan Xalq Cəbhəsi Partiyası yarananda Azərbaycanın müstəqilliyinin qorumasında hər zaman xarici təşkilatlarla işləyib, özünü ayrı-ayrı ölkələrin sifətində təqdim etməklə bu prinsiplərin əleyhinə çıxış edib. Ölkənin mahiyyətində iştirak etməklə Əli Kərimli AXCP-nin ideoloji prinsiplərini tamamilə zidd fəaliyyət göstərdiyini ortaya qoydu. Bu baxımdan da qurultay məqsədyönlü və tələsik şəkildə hazırlanmış şou idi. Çünki partiya üzvlərinin olan-qalan hissəsinin də artıq ondan imtina etdiyi və yeni bir təşkilatın formalaşması, qurultayın keçirilməsi ilə Əli Kərimli AXCP adına növbəti dəfə 5 il müddətinə yiyələnmək istədi".

Bütün xəbərlər Facebook səhifəmizdə