Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynovun hazırladığı "Demokratik cəmiyyətlərdə din azadlığı və birgə yaşayış" mövzusunda qətnamənin müzakirələri zamanı çıxış edən erməni deputat Naira Zohrabyan növbəti dəfə Azərbaycanın ünvanına həqiqətdən uzaq ittihamlar səsləndirib. SİA-nın məlumatına görə, N.Zohrabyandan dərhal sonra çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, qurumun Qadınlara qarşı Zorakılıqla Mübarizə üzrə Baş Məruzəçisi və "Zorakılıqdan azad Qadın" parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi Sahibə Qafarova onun ittihamlarını cavabsız qoymayıb.
Deputatımız bildirib ki, müxtəlif beynəlxalq tribunalarda ələ düşən fürsətdən istifadə edərək Azərbaycanın ünvanına mənasız hədələr səsləndirmək, böhtan və uydurma ittihamlar irəli sürmək erməni siyasətçilərin artıq ənənəsinə çevrilib: "Onlar bu yolla beynəlxalq ictimai rəyi çaşdırmağı qarşılarına məqsəd kimi qoysalar da, buna nail ola bilmirlər. Çünki beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını qəbul edir və bu, bir çox təşkilatların qəbul etdikləri sənədlərdə, qətnamələrdə öz əksini tapıb. Zohrabyanın ittihamlarına gəlincə isə, demək istəyirəm ki, bu gün Ermənistan dünyada olan azsaylı monoetnik dövlətlərdən biridir. Azərbaycan torpaqlarının işğalı nəticəsində 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayıb. Ermənistan Xocalıda və Azərbaycanın digər rayonlarında dəhşətli qətllər, soyqırımları törədib. Bu isə o deməkdir ki, bu dövlətin heç bir təmsilçisinin multikulturalizmdən, humanizm dəyərlərindən danışmağa mənəvi haqqı çatmır. Ermənistan bu gün işğal altında saxladığı Azərbaycan torpaqlarında tarixi abidələri, məscidləri dağıdıb, qəbiristanlıqları məhv edib. Bütün bunlar erməni vandalizminin, barbarlığının təzahürüdür".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB