"Sarkisyan ağlını itirib" AÇIQLAMA

"Sarkisyan ağlını itirib" AÇIQLAMA

"Bu açıqlamadan da göründüyü kimi Sarkisyan artıq ağlını itirib". Bu sözləri SİA-ya hərbi ekspert Üzeyir Cəfərov Serj Sarkisyanın səsləndirdiyi "Dağlıq Qarabağ Ermənistanındır" fikirlərə münasibət bildirərkən deyib.

O bildirib ki, Sarkisyan artıq hakimiyyətinin sonuna yaxınlaşdığını anlayır: "O artıq daxildə olan vəziyyətdən və yaxın zamanda baş tutacaq etiraz aksiyasından çox narahatdır. O, bu narahatçılığın mərkəzini cəbhə xəttinə daşımağa çalışır".

Onun sözlərinə görə Sarkisyan BMT-nin Baş Məclisinin toplantısında da əsas diqqəti cəbhə xəttindəki gərginliyə gətirmək istəyib: "O, cəbhə xəttində vəziyyəti daha da gərginləşdirib bunu tribunadan Azərbaycan üzərinə yıxmaq istəyirdi.

Biz Sarkisyanı dəfələrlə faktlar əsasında cinayətkar adlandırmışıq. Həqiqətən də Sarkisyan cinayətkardır. O, Dağlıq Qarabağın işğalında bilavasitə olaraq iştirak edib. Buna görə də biz Sarkisyanın addımlarından təəccüblənməməliyik".

Ekspert bildirib ki, bu cür bəyanatlar təbii ki, müharibə riski artırır: "Ermənistan öz əsgərlərini itirmək istəmirsə bizim ərazidən çıxmalıdır. Əgər onlar belə davam edəcəklərsə, Azərbaycan silahlı qüvvələri daha sərt şəkildə onlara cavab verməli olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə