“Milli Şuradakılar uğursuz adamlardılar” MÜSAHİBƏ

Azər Badamov: "İmicimizə zərbə vurmaq istəyənlərin heç bir şansı yoxdur"
“Milli Şuradakılar uğursuz adamlardılar” MÜSAHİBƏ

Millər vəkili Azər Badamovun SİA-ya müsahibəsi:

- Milli Şura seçkilərdə iştirakdan imtina etdi və bu qərarlarını onunla əsaslandırdılar ki, guya Azərbaycanda demokratik seçki mühiti yoxdur. Sizcə, Milli Şuranın seçkilərdə iştirak imtina etməsi nəyə hesablanıb?

- Milli Şura xarici havadarlarının sifarişi ilə yaradılmış bir qurumdur. 2013-cü ildə yaradılan bu təşkilatda heç bir yekdil fikir yoxdur, məqsədləri aydın deyil, plansız hərəkət etdiklərinə görə də uğursuzluqlara düçar olurlar. Milli Şuradakılar uğursuz adamlardırlar. Onlar indi də bəyan edirlər ki, seçkidə iştirak etməyəcəklər. Mən belə fikirləşirəm ki, orada siyasətçi olmadığına görə onlar seçkidə iştirak edə bilməyəcəklər. Milli Şuranın seçkidə iştirak etməməsi o demək deyil ki, ölkədə demokratik seçki mühiti yoxdur. Kimlər xalqa arxalanırsa, xalq tərəfindən dəstək qaazana biləcəksə onlar da iştirak edirlər. Onlar bilirlər ki, xalqdan dəstək ala bilməyəcəklər. Ona görə də öz uğursuzluqları ilə barışıb, guya qabaqlayıcı addım ataraq seçkilərdə iştirak etməkdən imtina edirlər. İndidən bu addımı atmaq sadəcə absurddur. Milli Şura, AXCP bu qərarı verməklə həm də öz gücsüzlüklərini, xalqdan heç vaxt dəstək ala bilməyəcəklərini göstərmiş oldular.

- Qərbin bəzi dairələrinin ölkəmiz əleyhinə səsləndirdiyi bəyanatların, Avropa Parlamentinin qəbul etdiyi qətnamənin arxasında hansı maraqlar dayanır?

- Avropa Parlamentinin ölkəmiz əleyhinə qəbul etdiyi qətnaməni bütün Azərbaycan xalqı qınadı, xalqımız buna kəskin reaksiya verdi. Təsadüfi deyil ki, Milli Məclis də növbədənkənar sessiya keçirərək Avropa Parlamentinə layiqli cavab verdi. Bu dözülməz bir addım idi. Bu qətnamənin kökündə Azərbaycana qarşı qərəzli münasibət durur, reallığdan tamamilə kənardır. Qətnamədə göstərilir ki, Azərbyacanda söz azadlığı, mətbuat azadlığı pozulur. Biz bunun həqiqətə uyğun olmadığını dəfələrlə sübut etmişik və bütün dünya dövlətləri, beynəlxalq təşkialtlar da bunun şahidi olublar. Ölkəmizdə tolerantlıq mühiti var, müxtəlif millətlərin, etnik qrupların nümayəndələri dinc şəraitdə yaşayırlar, onların hüquqları qanunlarımızla ən yüksək səviyyədə qorunur. Dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlar sabitlik şəraitində yaşayırlar. Ölkəmiz bütün bu keyfiyyətlərə görə, dünyada ən öncül yerlərdən birini tutur. Amma nə Avropa Parlamenti, nə də qərəzli dövlətlər bunu görmək istəmirlər. Ölkəmizi qeyri-sabit bir məkan kimi görmək istəyirlər. Öz maraqlarını burada həyata keçirmək istəyirlər. Bu onlar üçün xəyal olaraq qalacaq. Çünki Azərbaycanın uzaqgörən dövlət başçısı var, cəmiyyətimizdə iqtidar-xalq birliyi mövcuddur.

- "Freedom House" təşkilatının son bəyanatı ölkəmizə qarşı qərəzli münasibətin ən bariz nümunəsi idi...

- "Freedom House", Human Rights Watch" təşkilatları özbaşına hərəkət etmirlər, onlar rəylər yaradırlar, onların sifarişlərin icraçılarıdırlar. Azərbaycanda sabitliyi pozamaq istəyən, imicimizə xələl gətirmək istəyən qüvvələrin əlaltı təşkilatlarıdır. Azərbyacanda isə sabitliyi pozamq mümkün deyildir. Çünki imicimizə zərbə vurmaq istəyənlərin heç bir şansı yoxdur. Bizim müxalifət də onlar üçün informasiya mənbəyinə çevrilib. Bu müxalifətin məqsədi iqtidarı pisləməkdir, qərəzli mövqe ortaya qoymaqdır. Reallıq isə ondan ibarətdir ki, ölkədə iqtisadi-siyasi sabitlik var və bunun da kökündə iki amil dayanır. Birincisi, xalqın maraqlarına uyğun siyasətin aparılmasıdır. İkincisi, düşünülmüş şəkildə həyata keçirilən iqtisadi layihələrdir, iqtisadi siyasətdir. Cənab Prezident müşavirələrdə dəflərlə qeyd edib ki, ölkəmizin neftdən asılılığı aradan götürülməlidir. Qeyri-neft sektrorunun inkişafı üçün bir sıra infrasturkur layihələr həyata keçirildi, sənaye müəssisələri yaradıldı. Dövlət büdcəsinin formalaşmasında qeyri-neft sektorunun rolu böuükdür. Son 6 ayın yekunlarına əsasən Azərbyacan dünyada irəlidə gedən ölkələrdəndir. Ölkəmiz MDB-də ilk yeri tutur. İqtisadi artım 6 dəfə olmuşdur. Dünyada neftin qiyməti kəskin şəkildə düşdü, bir il bundan öncə 100 dollardan yuxarı idi, indi 50 dollardan aşağıdır, bu dünyada böhrana səbəb oldu. Amma Azərbaycan xalqı bunu hiss etmədi. Düzdür, fevralda bizdə devalvasiya baş verdi. Amma bu devalsvasiya planlı şəkildə həyata keçirildi. Bu iqtisadiyyatın qorunması üçün atılan vacib amil idi. Bununla iqtisadiiyatımızda müəyyən sabitliyin qorunub saxlanmasna nail olduq.

Bütün xəbərlər Facebook səhifəmizdə