"ABŞ prezidenti Barak Obama müxtəlif məsələlərə toxunarkən Dağlıq Qarabağ məsələsinə də toxuna bilərdi". Bu sözləri SİA-ya millət vəkili, Məlahət İbrahimqızı AŞPA-nın payız sessiyasında səslənən ərazi bütövlüyü məsələlərinə münasibət bildirəkən deyib.
Onun sözlərinə görə, böyük dövlətlər həmişə ərazi bütövlüyü məsələsinin çox vacib olduğunu vurğulasalar da bununla bağlı heç nə etmirlər: "Bu sözlər dəfələrlə tribunalarda səslənib. Lakin heç vaxt konkret şəkildə Ermənistana şamil olunmayıb. Onlar Ermənistan rəhbərliyinə müraciət etməli və onları qəbul olunmuş qətnamələrə əsasən işğal olunmuş ərazilərdən qeyri şərtsiz şəkildə geri çəkilməyə məcbur etməli idilər. Məcbur edə bilməyiblərsə, demək ki onlar qətiyyətsizdirlər. Bu onların erməni lobbisinin tərəfdaşlarına olan qorxusundan irəli gəlir".
Millət vəkili bildirib ki, BMT-nin Baş Məclisində Ukrayna, Suriya və Orta Şərqlə bağlı bir çox məsələlər müzakirə edildi, Əsəd rejimindən söhbət açıldı lakin Sarkisyanın işğalçı siyasətindən danışılmadı: "Burada bir çox məsələ müzakirə edildi. Rusiya ilə bağlı ciddi mesajlar verildi. Ona Ukraynadan çıxması üçün təzyiqlər olundu. Bunu Ermənistana da şamil etmək olardı. ABŞ prezidenti Barak Obama müxtəlif məsələlərə toxunarkən Dağlıq Qarabağ məsələsinə də toxuna bilərdi. Lakin biz bunu görmədik. Bütün bunların ikili standartların təzahürüdür və açıq-aşkar imitasiyasıdır. Burada insan hüquqlarından danışıldı. Lakin Serj Sarkisyan rejimi nəticəsində hüquqları pozulmuş 1 milyon qaçqından danışılmadı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB