Elxan Mirzəyevin yubileyi qeyd olunub FOTOLAR

Elxan Mirzəyevin yubileyi qeyd olunub FOTOLAR

Bu gün Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabunçu rayon "Müharibə, əmək və silahlı qüvvələr veteranlar şurası"nın sədri Elxan Mirzəyevin 60 illik yubileyinə həsr edilən tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Respublika Veteranlar təşkilatının nümayəndələri, Daxili Qoşunların Ali Hərbi Məktəbinin müəllim və tələbə heyəti iştirak ediblər.

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Daxili Qoşunların Ali Hərbi Məktəbinin müəllimi Səfxan Bayramov Elxan Xəzərin həyatı, fəaliyyəti, yaradıcılığı haqqında məlumat verib. Qeyd olunub ki, vətənin hər zaman keşiyində durmağı özünün amalı seçən Elxan Mirzəyev daim rayon ağsaqqalları, veteranlarının problemləri ilə maraqlanır, onlara diqqət və qayğısını əsirgəmir.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək ölkəmizdə veteranların sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlərdən danışaraq ölkə Prezidenti cənab İlham Əliyevə veteranlar adından təşəkkür edib.

Adil Vəliyev bildirib ki, ölkənin bütün rayonlarında olduğu kimi Sabunçu rayonunda da veteranlara xüsusi hörmət var: "Bu gün Elxan Mirzəyevin simasında onu deyə bilərik ki, veteranlar öz dünyagörüşləri, təcrübələri ilə gənc nəslə bir örnəkdirlər. Yubilyar dəfələrlə öz görüşlərində, gənclərlə keçirilən tədbirlərdə hər zaman Azərbaycanın əsgəri olduğunu unutmadığını söyləyir. Fikrimcə bu ifadə hər bir gənc oğul və qızlarımıza örnək olmalıdır".

Sabunçu Rayon İH-nin başçısı son olaraq Elxan Mirzəyevi 60 illik yubileyi münasibətilə təbrik edib, ona həyatında uğurlar arzu edib.

Respublika Veteranlar Təşkilatının nümayəndəsi ehtiyatda olan polkovnik Həsən Əmirov və digərləri çıxış edərək bildiriblər ki, XX əsrdə ikinci dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub: "Bu müharibə Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha sübut edib. Belə cəsarətli insanlardan biri də Elxan Mirzəyev olub. Onun şerlərində müharibənin ağrı-acıları, vətən sevgisi, ana məhəbbəti öz əksini tapıb. Bu şerləri oxumaqla gənclərimiz özlərinə həyat dərsi götürə bilərlər. Bu qədər ağrıya, acıya baxmayaraq, belə bir çətin yol qət etməyimizə baxmayaraq bu gün də Ali Baş Komandan müharibə əmri versə, biz hazır olarıq. Bizlər qüdrətli Azərbaycanın igid oğullarıyıq".

Tədbir şagirdlərin ifasında ədəbi-bədii hissə ilə davam etdirilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə