"Ermənistanın öz qeyri-kontruktiv mövqeyindən geri çəkilməsi üçün ilk növbədə, ATƏT-in Minsk qrupu həmsədrlərinin, eləcə də həmsədr ölkələrin prinsipal, konkret və ədalətli mövqeyi olmalıdır". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkməməsinə münasibət bildirərkən deyib.
QAT sədrinin sözlərinə görə, ədalətli mövqe ortada olmadıqca, hansısa bəyanatın verilməsinin, görüşün keçirilməsinin heç bir əhəmiyyəti yoxdur: "Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu-Yorkda keçirdiyi görüşdən sonra ATƏT-in Minsk qrupunun açıqladığı bəyanatda da onlar öz ənənəvi mövqelərinə sadiq qaldılar. Onların bəyanatı çox mənasız idi. Həmsədrlər sadəcə olaraq təmas xəttindəki gərginlik, mülki vətəndaşlar arasındakı itkilərlə bağlı narahatçılıqlarını bildirdilər. Onlar tərəfləri buna son qoymağa çağırdı. Ümumiyyətlə bu, məsələnin həllinə yanaşma prinsipi deyil. Burada əsas kimin günahkar olması yanaşma prinsipidir. Hesab edirəm ki, bunların səbəbi göstərilməlidir. Nə qədər ki, Ermənistan Azərbaycan ərazilərindən çıxmayacaq, məsələnin həlli də olmayacaq. Həmsədrlər birmənalı şəkildə Ermənistanın mövqeyini müdafiə edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB