MSK-ya 1 017 nəfər müraciət edib YENİLƏNİB

MSK-ya 1 017 nəfər müraciət edib YENİLƏNİB

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov iclası açıq elan edərək sözü MSK katibi Arifə Muxtarovaya verilib. O isə səlahiyyətli nümayəndələrin qeyd elanması haqqında məlumat verib və sənəd səsə qoyulara təsdiq edilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, Milli Məclisə seçkilərdə iştirak etmək üçün seçki dairələrinə 1 017 nəfər müraciət edib: "Onlardan 506 nəfərin namizədliyi partiyalar, 37 nəfər "Azadlıq-2015" seçki bloku, 3 nəfər təşəbbüs qrupu tərəfindən irəli sürüb. 471 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb".

M.Pənahov əlavə edib ki, deputatlığa namizədliyini irəli sürən şəxslərdən 839 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub: "Artıq 721 nəfərə isə imza vərəqi verilib və 64 nəfər imza vərəqini artıq DSK-lara təqdim edib. 19 nəfərin namizədliyi qeydə alınıb".

Daha sonra A.Muxtarova 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxilolmuş müraciət haqqında məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə