Avstraliyada səfərdə olan Milli Məclisin deputatı, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev səfər çərçivəsində Kanberra şəhərində Avstraliyanın Nümayəndələr Palatasının yeni seçilmiş sədri Antony Smit ilə görüş keçirib. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu daxili və xarici siyasət, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər haqqında məlumat verilib.
Görüş zamanı Milli Məclisin sədri Oqtay Əsədovun adından Avstraliyanın Nümayəndələr Palatasının sədri Antony Smitə Azərbaycana dəvət məktubu təqdim olunub. Dəvət böyük məmnuniyyətlə qəbul edilib.
Millət vəkili, həmçinin, Avstraliya Parlamentin Təhlükəsizlik komitəsinin sədri Dan Tehan, Avstraliyanın ticarət naziri Endrü Robb, Avstraliya Universitetlər Birliyinin rəhbərliyi ilə bir sıra görüşlər keçirib. Görüşlərdə Azərbaycan iqtisadiyyatının uğurları, ölkəmizin Avropanın enerji təhlükəsizliyində iştirakı, Azərbaycanın regionda və dünyada təhlükəsizliyin qorunmasında rolu, hərbçilərimizin beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış vəziyyət barədə məlumat verilib, Avstraliya ilə iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi, elm, təhsil, tələbələrin mübadiləsi sahələrində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Səfər zamanı Avstraliya Dövlət Universitetində Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşlarının iştirakı ilə Azərbaycan qüşəsinin açılış mərasimi kecirilib. Bu qüşədə müasir Azərbaycanın yaradıcısı Ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti, habelə, ölkəmizin tarixi, mədəniyyəti barədə məlumatlar nümayiş olunub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən layihələr, IDEA İctimai Birliyinin Avstraliyada keçirilən təqdimat mərasimi haqqında kitab və broşürlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB