Millət vəkilindən ATƏT-ə İTTİHAM

Millət vəkilindən ATƏT-ə İTTİHAM

"Almaniyanın ən öndə gedən nəşrlərindən biri "Der Şpigel" Ukraynada keçirilən son parlament seçkisində deputat mandatının 3-10 milyon dollar arasında satıldığını yazmışdı. Belə bir seçkini demokratik adlandırıb, örnək səsvermə kimi bizə sırıyanların Azərbaycanda keçiriləcək parlament seçkilərini izləməkdən imtina etməsinə tam təbii baxıram". Bu fikirləri SİA-ya millət vəkili Sahib Alıyev ATƏT DTİHB-nin Azərbaycana müşahidəçi göndərməkdən imtina etməsinə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, onlara kim Ukraynadakı seçkini örnək seçki kimi qiymətləndirməyi demişdisə, Azərbaycandakı seçkini izləməmək tapşırığı da həmin çevrələrdən gəlib: "Bu hər kəsə məlumdur. Azərbaycan dövlətinin başçısı bəzi dövlət başçıları kimi onların əlinə marionet olmaq istəmir, milli maraqlara dayanan müstəqil, qətiyyətli və prinsipial siyasət yeridir. Bu baxımdan da hesab edirəm ki, ATƏT DTİHB-nin Azərbaycana müşahidəçi göndərməkdən imtina etməsi demokratik seçki mühitinə heç bir təsir göstərməyəcək. Çünki Azərbaycanda seçkinin taleyini xalq həll edir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə