"Avropa Parlamenti demokratiyadan, insan hüquqlarından danışır, amma özündə bunu görmür. Bu parlament eybəcərliklərlə doludur". SİA-nın məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov komitədə keçirdiyi tədbirdə deyib.
Komitə sədrinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın Azərbaycanda gördüyü işlərdən ermənilər hərəkətə keçiblər: "Hətta ölkəmizdə keçirilən hərbi təlimlər onların ciddi narahatçılığına səbəb olub".
Avropadakı miqrant məsələsinə də toxunan Əli Həsənov onların qaçqınlara qarşı hərəkətlərini pisləyib: "Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün öz yurd yuvalarından didərgin düşüb. Bəs bu insanların hüquqları pozulmayıb? Niyə susursan? Bəs hardasan ay ermənilərə satılmış Avropa Parlamenti? Bu gün Avropada polis zorakılığı baş alıb gedir. Onlar bunu niyə görmür, fikirlərini bildirmirlər. Hesab edirəm ki, bizim diplomatik korpusun nümayəndələri çox ciddi tədbirlər görməlidirlər. Dövlət, xalq bizi seçir və müdafiə edir. O zaman biz də öz işimizi ortaya qoymalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB