Ehtiram Mehdiyev: “Qurban Məmmədov kimilərini biz adam etmişik” SƏRT CAVAB
"Xortumunu başqasının işlərinə soxub, özünü unudan fillər və yaxud zingildəyən köpək sahiblərinin üstümüzə qısqırtdığı itlərin hürməsi gecə yuxularımıza haram qatır desəm yalan olar. Kimisə təhqir etmək istəməzdim, amma bəzi tərbiyəsizlərə öz dillərində cavab verməyə məcbur qaldım". Bu fikirləri SİA-ya açıqlamasında AXCP Etimad Qurultayı təşkilat komitəsinin üzvü Ehtiram Mehdiyev deyib.
Ehtiram Mehdiyev qeyd edib ki, kimlərsə it sözünü özünə təhqir hesab etsə, gedib üstündən su içsin, bunu kimlərisə siçana bənzədəndə düşünmək lazım idi: "Özünü tanınmış hüquqşünas hesab edən "Milli Şura"nın Kordinasiya Mərkəzinin üzvü Qurban Məmmədov, dünən "Azadlıq" qəzetində bizlərə qarşı öz əxlaqına uyğun şəkildə tərbiyəsizlik edib. Bunlar bir vaxtlar aslanların, pələnglərin girdiyi meydana indi siçanla, tarakanla girib nəsə əldə etmək istəyirlər sözlərini deyən Qurban Məmmədov bir nüansı unudub ki, sizin kimilərini indiki cəmiyyətdə biz gənclər adam etmişik. Lakin bu davranışlarınız göstərir ki, sizləri adam hesab edərkən yanılmışıq. Əsl gəmirici, sürünən sizin kimilərdir ki, fədakar gənclərə qarşı bu cür mədəniyyətsizlik, tərbiyəsizlik nümayiş etdirib, bu yolla onların qarşısını kəsmək istəyirsiniz. Öncə arxanda buraxdığın ləkələri təmizlə, heç olmasa öz doğma qardaşın ilə münasibətlərini qaydaya sal, sonra kimlərəsə məsləhət ver. Ümumiyyətlə, "Milli Şura"da təmsil olunan, özünü "ziyalı" hesab edənlər tez-tez yaşlarına, saç-saqqallarına, cəmiyyətdəki mövqelərinə uyğun olmayan qeyri-etik davranışlarla, tərbiyəsizliklə özlərinin əsl simasını ifşa edirlər. Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham olunan Qurban Məmmədliyə məsləhətim, bir insana öz şəxsi avtomobili ilə xəsarət yetirib, sonra üstünə hücüm edən bir hüquqşünas, heç bir vətəndaşa hüquq dərsi kəçə bilməz. Gedin yenidən təhsil alın. Təhqir etməyin ki, təhqir də olunmayın".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB