Bahar Muradova AKP qurultayında iştirak edəcək

Bahar Muradova AKP qurultayında iştirak edəcək

Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının xətti ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) növbəti qurultayında iştirak etmək üçün sentyabrın 11-də Ankaraya gedəcək. Milli Məclisdən SİA-ya verilən məlumata görə, nümayəndə heyətinə deputatlar Məlahət İbrahimqızı və Şəmsəddin Hacıyev daxildir. Səfər çərçivəsində nümayəndə heyətinin Ədalət və İnkişaf Partiyasının rəhbərliyi, Türkiyə Böyük Millət Məclisinin sədr müavini Naci Bostancı ilə görüşləri nəzərdə tutulub.

Səfər sentyabrın 13-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə