Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) fəalları Səbinə Tahirova və Elnur Tağızadə Ukraynanın Lvov şəhərində Erasmus plus proqramı çərçivəsində, AGAT-ın əməkdaşlıq etdiyi AMSED şəbəkəsinin və AFJIC-in həyata keçirdiyi 1-9 sentyabr tarixləri arasında 15 ölkədən gələn 40 iştirakçıyla "Qadın hüquqları və Miqrasiya istiqamətində maariflənmə və bu istiqamətdə bacarıqların artırılması" adlı seminarda iştirak edib. AGAT-dan SİA-ya verilən məlumata görə, erasmus + daxilində təşkil edilən bu təhsil seminarının əsas məqsədi, QHT rəhbərləri və gənc iştirakçıların arasında ünsiyyət şəbəkələrini inkişaf etdirmək, qadınlara qarşı bütün şiddətin səbəbləri və şiddət qurbanı olan qadınların cəmiyyətin hər sferasıda fəaliyyətinin artırılması ilə əlaqədar iştirakçıların təcrübəsini artırmaqdır.
Bu seminarda iştirakçılar sayəsində qadına qarşı şiddət üzərinə fərqli ölkələrin təcrübələri ilə tanış olublar. Paylaşılan bu təcrübələrdə qadına qarşı tətbiq olunan şiddət və ayrı-seçkiliyin bir çox ölkədə bənzər səbəbləri və nəticələri barədə danışılıb. Bu konkret fikirlər, həm Lvovun yerli QHT nümayəndələrinin interaktiv təqdimatında həm də qruplarda edilən müzakirələrdən bəlli oldu. Beləcə iştirakçılar və ekspertlər arasındakı müzakirələr pedaqoji bir infrastruktur da qazanmış oldu.
Belə ki, layihə çərçivəsində müxtəlif mövzular üzrə görüşlər, seminarlar, sessiyalar və iştirak edən ölkələrin mədəniyyət axşamı təşkil olunub. Eyni zamanda bu gün Avropa və Afrika ölkələri arasında AGAT-ın təqdimatı AGAT- heyəti tərəfindən təqdim olunub. Nəticə olaraq, bu təhsil seminarları digər ölkələrlə əməkdaşlıq quraraq yeni layihəlerin yazılmasına səbəb oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB