Aytən Mustafayeva: “Prezident İlham Əliyev tamamilə doğru mövqe tutur” AÇIQLAMA
"Hesab edirəm ki, bu faciələri yaradan elə Avropa ölkələrinin özüdür". Bunu SİA-ya Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Aytən Mustafayeva Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə "Qərb mediası miqrantlara tamamilə biganə və etinasız yanaşır" fikirlərinə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, bu ölkələr nə vaxtsa İngiltərənin, İspaniyanın, Fransanın koloniyaları olub: "Bu ölkələrə bel bağlayan Ərəb ölkələri süni yaradılmış müharibələr, inqilablar nəticəsində Avropa ölkələrinə üz tuturlar. Təbii ki, onlar gəlib Avropa dəyərlərini bayraq tutaraq, bu müharibələri qızışdıraraq öz həyat tərzlərini nümunə kimi qoyublar. Müharibələr, qırğınlar nəticəsində insanlar bir ölkədən digərinə köç edərək Avropa ölkələrinə getmək məcburiyyətində qalırlar. Baxmayaraq ki, bu, çox qorxulu bir keçiddir. Hətta biz gördük və şahidi olduq ki, orada necə ölüm hadisələri baş verib. Bütün bu faciələr Avropa ölkələrinin düşünülməmiş apardıqları siyasətin nəticəsidir. Bu müharibələri, inqilabları süni şəkildə yaradarkən onlar gərək fikirləşərdilər ki, insan axının sonradan qabağını saxlamaq olmayacaq. Beləcə ona hazırlıqlı olmalı idilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB