Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə MSK-nın 29 avqust tarixli iclasının protokolu təsdiqlənib.
Daha sonra iclasda bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması məsələsinə baxılıb.
Çıxış edən MSK-nın sədri Məzahir Pənahov qeyd edib ki, bu günə qədər deputatlığa namizədliklə bağlı Mərkəzi Seçki Komissiyasına 19 seçki dairəsi üzrə 25 müraciət qeydə alınıb: "Fikrimcə bu il parlament seçkilərində deputatlığa namizədliyini irəli sürən şəxslər və seçkilərdə iştirak edəcək partiyalar ötən seçkilərə nisbətən daha aktivdirlər. Bunu gündəlik mətbuatdan izlədiyimiz xəbərlər də təsdiq edir".
Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova isə çıxışı zamanı bildirib ki, daha üç partiya səlahiyyətli nümayəndələrinin qeydə alınması üçün MSK-ya müraciət edib: "Böyük Quruluş Partiyasından (BQP) 12 nəfər, Ümid Partiyasından 37 nəfər və Demokratik İslahatlar Partiyasından (DİP) isə 6 nəfər səlahiyyətli nümayəndə qeydə alınıb. Bundan öncə Yeni Azərbaycan Partiyasının (YAP), Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) səlahiyyətli nümayəndələri qeydə alınıb".
Sonda cari məsələlərə baxılıb.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB