Türkiyə növbədənkənar parlament seçkilərinə gedir

Türkiyə növbədənkənar parlament seçkilərinə gedir

Ortaq hökumət qurulması problemi Türkiyə Böyük Millət Məclisinə (TBMM) növbədənkənar seçkilərin keçirilməsi ehtimalını daha da artırıb. Anadolu Agentliyi xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu arasında avqustun 13-də keçirilmiş növbəti görüşdən sonra ortaq hökumətin qurulmasına dair vəziyyət barədə məlumat verən AKP sədri bildirib ki, Türkiyə xalqının təkrar siyasi iradəsini ortaya qoymasına ehtiyac yaranıb. Ə.Davudoğlu deyib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi qarşıda görünən ən böyük ehtimaldır.

Bütün xəbərlər Facebook səhifəmizdə