Ekspert: “Türkdilli dövlətlərin rəhbərləri bir araya gəlməlidirlər” AÇIQLAMA

Ekspert: “Türkdilli dövlətlərin rəhbərləri bir araya gəlməlidirlər” AÇIQLAMA

"Türkdilli dövlətlərin "Turan" adlı ordu yaratması çox gözəl bir ideyadır. Bunun reallaşdırılması mütləq lazımdır və vacibdir. Çünki dünyada baş verən proseslər artıq bunu tələb edir". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov Türkdilli dövlətlərin "Turan" adlı ordu yaratmasına münasibət bildirərkən deyib.

Müstəqil hərbi ekspertin sözlərinə görə, türkdilli dövlətlərin rəhbərləri mütləq mənada və qısa bir zamanda bir araya gəlməlidirlər: "Bu gün dünyada o qədər mürəkkəb və qlobal proseslər baş verir ki, bu, heç də türkdilli dövlətlərin xeyrinə deyil. Azərbaycan da türkdilli dövlət olaraq qardaş Türkiyə ilə bir yerdə, o cümlədən digər ölkələrlə bərabər hərəkət etməyi hər zaman düşünüb. Hesab edirəm ki, türkdilli dövlətlərin ordularının olması bu gün Türk, müsəlman dünyasına qarşı aparılan təbliğatı bir qədər zəiflədə və qarşısını ala bilər. Amma təəssüf ki, bəzi hallarda türkdilli dövlətləri sanki təkləyib onların hüquq və azadlıqlarına müdaxilə edirlər. Ümumiyyətlə türkdilli dövlətlərin öz ordusunun olması bəzi separatçı qüvvələrin sakitləşməsinə, yox olmasına gətirib çıxaracaq. Bildiyiniz kimi dünya getdikcə böyüyür və əhalinin sayı daha da artır. Belə olan təqdirdə türkdilli dövlətlərə qarşı təhlükə də azalmır".

Bütün xəbərlər Facebook səhifəmizdə