Deputat: “Baş prokurorluğa alternativ qurum yaradılmalıdır” TƏLƏB

Deputat: “Baş prokurorluğa alternativ qurum yaradılmalıdır” TƏLƏB

Ermənistanın müxalifətyönlü deputatı Zauri Bostancyan ölkənin baş prokurorluğuna alternativ olaraq, parlamentdə prokurorluğun işinə nəzarət edəcək xüsusi komissiyanın yaradılması təkilifini irəli sürüb. SİA "Azadlıq" radiosunun İrəvan bürosuna istinadən xəbər verir ki, deputatın həmin təkliflə çıxış etməsinə səbəb isə əsgər ölmüləri ilə bağlıdır.

Xüsusi komissiya yaradılarsa, həmin qurum prokurorluğun əsgər ölümləri ilə bağlı apardığı işə nəzarət edəcək, istintaq əməliyyatlarında deputatların da iştirakı təmin olunacaq. Zauri Bostancyanın dediyinə görə, artıq bir neçə günlərdir ki, övladları hərbi xidmətdə həlak olan analar Sarkisyanın iqamətgahı qarşısında etiraz piketləri keçirirlər. Polis isə onlara güc tədbiq edərək, ərazidən uzaqlaşdırır. Deputat həmçinin bildirib ki, təşəbbüs yalnız onun özü tərəfindən irəli sürülməyib, onu bu işdə övladlarını itirmiş valideynlər də dəstəkləyiblər: "Çünki onlar artıq hansı dövlət qurumlarına müraciət edəcəklərini, ədalətin bərqərar olmayacağını deyirlər. Əsgər ölümləri ilə bağlı elə işlər var ki, artıq 10 ildir bir əldən-digərinə geçir, bir məhkəmə instansiyasından başqasına ötürülür. Problemi başa düşürəm. Başa düşürəm ki, Ermənistanın hüquq-mühafizə orqanları, qanunvericiliyi sadəcə fəaliyyətsizdir və ədalətli qərarlar çıxarmaqda acizdir".

Maraqlıdır ki, Ermənistanın hakim Respublikaçılar partiyası müxalifətçi deputatın təşəbbüsünə real cavab vermələri yerinə, onu ələ salan açıqlama verib. Belə ki, hakim partiyanın parlament fraksiyasının sədri Vaqram Baqdasaryan deyib ki, Bostancyan müvəqqəti komissiyalar yaratmağı sevən bir deputatdır. "Mən bu kimi xüsusi komissiyaların hər hansı bir effekt verəcəyinə inanmıram və bunu yüksək qiymətləndirmirəm"-deyə iqtidar təmsilçisi bəyan edib.

Müxalifət isə Bostancyanın həmin təşəbbüsünü dəstəklədiyini gizlətmir. "Ermənistan Milli Konqresi" bəyan edib ki, həmin təklifə baxdıqdan sonra müsbət qərarın verilməsi mümkündür. "Çiçəklənən Ermənistan" da Bostancyanın bu təklifini birmənalı olaraq dstəklədiyini bildirib. Məsələn, bu partiyanın təmsilçisi Naira Zöhrabyanın fikrincə, şəxsən onun özü əsgər ölümləri ilə bağlı artıq neçə illərdir ki, davam edən və nəticəsiz qalan cinayət işlərindən xəbərdardır: "Komissiya yaradılarsa, həmin məsələlərin tezliklə həll edilməsinə xidmət göstərə bilər. Çünki övladlarını hərbi xidmət keçdikləri zaman itirmiş valideyinlərin haqqıdır ki, onlar uşaqlarının hansı şəraitdə, hansı səbəbdən öldürüldüklərini öyrənsinlər. Mən qara paltarlı ana və ataları əllərində öldürülmüş övladlarının şəkillərini tutaraq, gah hökumət bunası, gah da prezident iqamətgahı qarşısında boynunları bükük şəkildə dayandıqlarını gördükcə, sanki dərimdə qarışqalar gəzdiyini hiss edirəm. Bu, çox ağır bir hissidr".

Qeyd edək ki, Ermənistan parlamentinin payız sessiyasında qaldırılacaq məsələ qəbul edilərsə, komissiyada təmsil olunacaq deputatlar prokurorluqdan istənilən sənədləri və materialları alaraq, onları araşdırmaq hüququnu əldə edə biləcəklər. Eksperltər isə Sarkisyan rejiminin sözügedən təşəbbüsün qarşısını alacağını deyirlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə