"Birinci Avropa Oyunlarının açılış mərasiminə sayılacaq saatlar qalmış "Azarkeşlər evi" öz qapılarını açdı". SİA xəbər verir ki, bu qeydlər Rusiyanın dünyaca nüfuzlu "İTAR TASS" agentliyinin Oyunlara həsr olunmuş informasiya blokunda yer alıb. Xəbərdə bildirilir ki, Rusiya Olimpiya komitəsinin (ROK) prezidenti Aleksandr Jukov, Rusiya Federasiyası prezidentinin köməkçisi, ROK-nin vitse-prezidenti İqor Levitin, Rusiyanın idman naziri Vitaliy Mutko, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-orezidenti Çingiz Hüseynov "Azarkeşlər evi"nin giriş qapısında qırımızı lenti kəsiblər.
ROK-nin prezidenti Aleksandr Jukov bildirib ki, Birinci Avropa Oyunlarıçox bu ildə baş verən çox mühüm idman hadisəsidir: "Rusiya Bakıdakı yarışlarda güclü atletləri ilə iştirak edəcək, o cümlədən, olimpiyaçı çempionları və dünya çempionları ilə birgə uğur qazanacağına əmindir…Xüsusilə bizim qələbə əldə etməyimiz üçün azarkeşlərimizin də dəstəyi vacibdir".
"İTAR TASS"-da qeyd olunur ki, "Azarkeşlər evi" şəhərin mərkəzində Rusiya informasiya-mədəniyyət mərkəzinin binasında yerləşir. Bildirilir ki, evin ziyarətçiləri burada nəninki Rusiya yığmasına, eləcə də Azərbaycana aid idmançılar haqqında unikal interaktiv ekspozisiyalarla tanış ola bilərlər. Azarkeşlər idmana aid intventarları əllərinə tutaraq, onlarla xatirə şəkilləri də çəkdirə bilərlər.
"Layihənin hazırlığı zamanı biz düşünmüşdük ki, Rusiya və Azərbaycan azarkeşlərini bir çox tarixi məqamlar bir-birinə bağlayır"-deyə qeyd edən Jukov həmçinin bildirib ki, bizdə ümumi idman irsinin davamçılığı mövcuddur: "Rusiya ilə Azərbaycan arasında digər sahələrlə yanaşı, həm də idman sahəsindəki əlaqələr inkişaf edir. Ona görə də biz qonarpərvər Bakı torpağında Rusiya və Azərbaycan azarkeşləri üçün ümumi olacaq "Azarkeşlər evi"ni açırıq. Bura dostluq və xoş münasibətlər ərazisi olaraq, öz töhfəsini verəcək".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB