Əsgər analarına qarşı növbəti VƏHŞİLİK-FOTO

Əsgər analarına qarşı növbəti VƏHŞİLİK-FOTO

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın "hərbi hissələrinin" birində xidmət keçən erməni hərbçisinin ölümü ilə bağlı aparılan araşdırmada bildirilir ki, 20 yaşlı hərbçi Edvard Gennadiyeviç Melkonyan üzərində olan avtomat silahla ehtiyatsız davrandığı üçün, açılan atəş nəticəsində həyatını itirib. Lakin erməni hərbçisinin anası, eləcə də hərbi hissələrdə həlak olan əsgərlərin anaları bu araşdırmanın qeyri-obyektiv və yalan olduğunu deyirlər. SİA "Azadlıq" radiosunun Ermənistan bürosuna istinadən xəbər verir ki, analar rəsmi versiyalara inanmadığını bildiriblər.

Belə ki, anaların etiraz aksiyaları dünən də davam edib. Onlar prezident sarayının qarşısına gedərək, prezident Serj Sarkisyanla görüş tələb ediblər. Ancaq polislər tərəfindən qurulan sədd onların Sarkisyanın rezidensiyasına yaxınlaşmasına imkan verməyib. Polislər əsgər analarına qaşrı zor gücü tədbiq edərək, onları həmin ərazidən uzaqlaşdırıblar.

Etirazçı əsgər anaları Ermənistan ombudsmanına telefon zəngi edərək bildiriblər ki, tələblərinin qüvvədə qalmasını ictimaiyyətə çatdırmaq istəyirlər. Nəticədə ombudsmanın özü görüşə gəlməsə də, köməkçisini onların yanına göndərib: "Biz yalnız səsimizin eşidilməsini, ictimaiyyətin bundan agah olmasını istəyirik, bizə başqa heç nə lazım deyil".

Qeyd edək ki, Ermənistanda uzun illərdir ki, etiraz edən əsgər anaları əllərində olan sübutları dəlil kimi ortaya qoyaraq övladlarının ölümü ilə bağlı cinayət işlərinin açılmadığını, günahkarların isə cəzalandırılmayaraq, azadlıqda gəzdiklərini bəyan edirlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə