I Avropa Oyunlarının məşəli Sumqayıtda

I Avropa Oyunlarının məşəli Sumqayıtda

Bakı-2015 birinci Avropa Oyunlarının məşəli bu gün Sumqayıta gətirilib. SİA-nın məlumatına görə, ilk Avropa Oyunlarının məşəli Sumqayıtda böyük coşqu ilə qarşılanıb. Məşəlin gətirilməsi ilə Sumqayıtda bayram ab-havası yaşanıb. Məşəlin keçdiyi küçələrdə sakinlər yollara axışaraq dəstəklərini nümayiş etdiriblər.

Şəhərin Sülh küçəsində Heydər Əliyev abidəsinin qarşısında Şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster, Azərbaycanın şahmatçı qadınlardan ibarət milli komandasının kapitanı Zeynəb Məmmədyarova qəbul edib. Sonra 10 nəfər məşəlçinin yürüşü başlanıb. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Səməd Vurğun küçəsindən keçib Azərbaycan prospekti ilə Bayraq meydanına daxil olublar.

Quraşdırılmış səhnədə rəmzi məşəl alovlandırılıb. Sonra I Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib, prezident İlham Əliyevin bu haqda nitqi səsləndirilib.

Tədbir konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə