Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında hakim partiyanın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilir. SİA-nın məlumatına görə, toplantıda Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov, İcra katibinin müavinləri, millət vəkili Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digərləri iştirak edir.
Toplantıda çıxış edən Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov deyib ki, toplantı qarşıdan gələn Parlament seçkiləri ilə bağlı təşkil olunub: "Parlament seçkilərinə çox az müddət qalıb. YAP seçki kampaniyasına böyük əhval-ruhiyyə ilə gedir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanda mühüm işlər görülüb və insanların həyatı dəyişib".
Müşavirə mətbuatın iştirakı olmadan davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB