Azərbaycanda ən yaşlı seçici 127 yaşındadır

Azərbaycanda ən yaşlı seçici 127 yaşındadır

"Azərbaycanda 5 milyon 93 min 289 nəfər seçicinin 2 milyon 632 min 961 nəfəri qadın, 2 milyon 460 min 328 nəfəri kişidir". SİA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

MSK sədri bildirib ki, yaş qrupları üzrə ən çox seçici 27-35 və 46-55 yaş qruplarındadır: "Müvafiq olaraq bu seçici qruplarında 1 milyon 59 min 738 nəfər və 1 milyon 39 min 868 nəfər seçici var".

M. Pənahov ən yaşlı seçicinin adını da açıqlayıb: "Ölkədə yaşı 100 yaş və yuxarı olan 701 nəfər (0,01%) seçici var. Ən yaşlı seçici Zərdab rayon sakini 1888-ci ildə anadan olmuş 127 yaşlı Bayramova Süfü Mikayıl qızıdır".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə