"Adı seçki siyahısında olmayan şəxsin adı seçici siyahısına əlavə ediləcək" . SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK bugünkü iclasında MSK-nın Seçkilər İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov məlumat verib.
O bildirib ki, adı siyahıda olmayan seçicilər "Seçkilər" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə siyahıya salınacaq: " Adı siyahıda olmayan şəxsin adı, soyadı, qeydiyyatda olduğu rayon və yaşayış qəsəbəsi qeyd edilərək sistemə salınacaq. Əgər həqiqətən də belə bir seçici varsa, o zaman onun adı dairə seçki komissiyasının siyahısına salınacaq. "Seçkilər" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi seçicinin cinsini avtomatik olaraq müəyyən edir. Ancaq elə adlar var ki, sistem onun qadın və ya kişi olduğunuu müəyyən edə bilmir. Elə adlar var ki, onu hər iki cinsin nümayəndəsi daşıyır. Məsələn Arzu adı həm kişilərə, həm də qadınlara qoyulur. Belə olan halda həmin şəxsin qadın və kişi olduğu müəyyən edilir, operator müdaxilə edərək həmin seçicinin qadın və ya kişi olduğunu qeyd edir".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB