Rasim Məmmədov: “Avropalılar Azərbaycanla bağlı geniş məlumata malikdir”
"Avropanın əksər ölkələrində Avropa Oyunları və bu mötəbər idman yarışına hazırlıqla bağlı geniş təqdimatlar keçirilir". Bunu SİA-ya Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Rasim Məmmədov deyib.
Onun sözlərinə görə, birmənalı şəkildə demək olar ki, avropalılar Azərbaycanla bağlı artıq geniş məlumatlara malikdirlər: "Yüz mindən çox insanın Avropa Oyunlarına bilet alması da bunu təsdiq edir. Bu tədbirlər yalnız fərdlərin deyil, ümumi vətəndaşların təbliğ və təqdim edəcəyi bir məsələdir. Biz də öz növbəmizdə diaspora təşkilatı olaraq dövlətin həyata keçirdiyi siyasətə geniş şəkildə dəstək veririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB