Baş Assambleya və Direktorlar Şurasının 14-cü toplantısı keçirilir

Baş Assambleya və Direktorlar Şurasının 14-cü toplantısı keçirilir

Bu gün Bakıda Qara Dəniz və Xəzər Dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Baş Assambleyasının və Direktorlar Şurasının 14-cü toplantısı keçirilir. SİA-nın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov, Qara dəniz və Xəzər dənizi ölkələrinin Beynəlxalq Tərəfdaşlıq və Əməkdaşlıq Fondunun prezidenti Çingiz Abdullayev və digər xarici qonaqlar, KİV nümayəndələri iştirak edir.

Əvvəlcə qonaqlar Binəqədi rayonunda baş verən yanğın nəticəsində həlak olan insanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Türkiyə Respublikasının sədrliyi dövründə beynəlxalq fondun fəaliyyətinin nəticələri barədə QDXDBF-nin prezidenti İsmayıl Səfi tədbir iştirakçılarını təbrik edərək məruzə ilə çıxş edib.

Daha sonra söz nazir Elmar Məmmədyarova verilib. Tədbir hazırda davam edir. Qeyd edək ki, tədbirin sonunda QDXDBF Direktorlar Şurasının 2016-cı il üçün planlaşdırılmış növbəti iclasının tarixi və yeri barədə qərar qəbul ediləcək. Bununla belə Baş Assambleyanın 14-cü toplantısının qərarlarının imzalanması mərasimi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə