İqtidar-müxalifət dialoqu başladı FOTOLAR

İqtidar-müxalifət dialoqu başladı FOTOLAR

Azərbaycanda fəaliyyət göstərən bir qrup müxalifyönlü partiya sədrlərinin iştirakı ilə iqtidar-müxalifət dialoqu keçirilir. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev iştirak edirlər.

Müxalifət tərəfdən isə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, ADP sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) baş katibi Zöhrab Abdullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasınının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəylik Partiyasının sədri Sabir Rüstəmxanlı, Ədalət Partiyasının rəhbəri İlyas İsmayılov və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qatılıb.

Görüşdə müxalifət partiyaları ilə münasibətlər, onlarla əməkdaşlığın perspektivləri, "Bakı 2015" l Avropa Oyunları və digər məsələlər müzakirə olunub.

Ə.Həsənov giriş nitqi ilə çıxış edərək deyib ki, Azərbaycan cəmiyyətində baş verən ümummilli məsələlər gündəmə gəlirsə bu kimi görüşə ehtiyac yaranır: "Ötən görüşlərdən bəri biz dialoqun mövzusu məsələsini gündəmə gətirmişdik. Bu günə kimi ciddi bir təklif daxil olmayıb. Bu gün siyasi partiyalarla biz seçki islahatlarını gündəmə gətirməyi lüzum görmədik".

Sonra görüş mətbuatın iştirakı olmadan davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə