Səfirimiz ölümdən döndü

Pakistanda hərbi helikopterin qəzaya uğraması nəticəsində Norveç, Filippin səfirləri, eləcə də, Malayziya və İndoneziya səfirlərinin xanımları həlak olublar. SİA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, həlak olan iki pilot da daxil olmaqla qəza qurbanlarının sayı 6 nəfərə çatıb.

Bundan başqa, helikopterin göyərtəsində olan Polşa və Rumıniya səfirləri xəsarət alıblar.

Qeyd edək ki, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov da həmin helikopterdə uçmalı imiş, amma iş qrafikindəki dəyişikliyə görə helikopterə minməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə