Mübariz Qurbanlı Emma Beynzi ilə görüşdü

Mübariz Qurbanlı Emma Beynzi ilə görüşdü

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı mayın 1-də Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz bölməsinin rəhbəri xanım Emma Beynzi partiyanın mənzil qərargahında qəbul edib. SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, görüşdə ictimai-siyasi münasibətlər, Yeni Azərbaycan Partiyasının parlament seçkiləri ərəfəsində həyata keçirdiyi layihələr və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stefen Makkormik görüşdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə