TÜRKPA müşahidəçiləri mətbuat konfransı keçirib

TÜRKPA müşahidəçiləri mətbuat konfransı keçirib

27 aprel 2015-ci il tarixində TÜRKPA müşahidəçilər missiyasının Azərbaycan Respublikası Milli Məclisinin deputatı Çingiz Qənizadənin rəhbərliyi ilə Qazaxıstanda keçirilən növbədənkənar seçkilərin qısamüddətli monitorinqinə dair mətbuat konfransı keçirilib. TÜRKPA-dan SİA-ya verilən xəbərə görə, missiyanın rəhbəri Ç. Qənizadə tərəfindən Qazaxıstanın KİV nümayəndələrinə TÜRKPA müşahidəçilərinin seçkiqabağı və seçki günü fəaliyyəti, ən əsası seçki məntəqələrinin iş prosesinin qiymətləndirilməsi, seçki dairələrindəki vəziyyətin izlənilməsi və s. kimi məsələlər haqqında geniş məlumat verilib.

Bütövlükdə TÜRKPA beynəlxalq müşahidəçilər missiyası 26 aprel 2015-ci ildə Qazaxıstan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərini beynəlxalq demokratik standartlara uyğun həyata keçirildiyini bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə