Aydın Hüseynov: “Onlar peşman olacaqlar" AÇIQLAMA

Aydın Hüseynov: “Onlar peşman olacaqlar" AÇIQLAMA

"Avstriya dövlətinin qondarma "erməni soyqırımı"nı tanımasında erməni diasporunun xidmətləri böyükdür". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

A. Hüseynovun sözlərinə görə, ermənilərin yalançı göz yaşları, tarixə, arqumentə söykənməyən yalanları getdikcə ifşa olunmaqdadır: "Bir sıra dövlətlərin qondarma erməni "soyqırımı"nı tanıması və özlərini buna inandırmağa çalışması zamanla peşmançılıq hissi ilə nəticələnəcək. Avstriya və digər dövlətlər bu addımı öz haqlarını, mənafeyini müdafiə etmədən atırlar. Bu gün erməni diasporunun yalanlar üzərində qurduğu təbliğata aldananlar yaxın zamanda peşman olacaqlar. Verdikləri qərarı özləri ləğv edəcəklər. Çünki tarixi saxtalaşdırmaq olmaz. Dünyaya açıq gözlə baxan, dünyada gedən prosesləri düzgün qiymətləndirən mərkəzlər, siyasətçilər və dövlətlər buna fikir də vermirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə