“Ermənistan ordusunda biyabırçılıqdır" AÇIQLAMA

“Ermənistan ordusunda biyabırçılıqdır" AÇIQLAMA

"Ermənistan ordusunun daxilindəki vəziyyət eynilə kriminal aləmdəki, eləcə də ən qatı həbsxanadakı vəziyyət kimidir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistan ordusunda əsgərlərin kütləvi şəkildə zorlanmasına münasibət bildirərkən deyib.

Mərkəz sədrinin sözlərinə görə, Ermənistan ordusunda bütün parametrlər üzrə biyabırçılıqdır: "Rəsmi İrəvan həm şəxsi münasibətlərinə, həm dedavşina məsələsinə, həm də insan alverinə görə biabırçı ölkədir. Ermənistan ordusu hal-hazırda erməni kriminallarının təlim bazasına çevrilib. Artıq işğalçı ölkə ordusunun Azərbaycana qarşı müharibə etməyə imkanı olmadığını çox yaxşı başa düşür. Azərbaycan müharibəyə başlayarsa, erməni ordusu ölkəmizin qarşısında dayana bilməyəcək. Çünki onların buna heç bir gücü yoxdur. Ona görə də erməni etno-kriminalları çalışırlar ki, Ermənistan ordusunda gəncləri özlərinin gələcək bazası, quldur dəstəsi kimi formalaşdırsın. Məhz buna görə də orada bu kimi metodlardan istifadə olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə