Serbiya baş naziri Aleksandr Vuçiçin Azərbaycana rəsmi səfəri başa çatıb. SİA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. A. Vuçiçi hava limanında Azərbaycan baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB